Xamenei: İran və ABŞ arasında əməkdaşlıq mümkün deyil

saytların hazırlanması

Evə çatdırılma

Xamenei: İran və ABŞ arasında əməkdaşlıq mümkün deyil

Dünya

03 Noyabr 2025 18:45 282


İran və ABŞ arasında əməkdaşlıq, Vaşinqton İsraili dəstəklədiyi və Yaxın Şərqin işlərinə müdaxiləni davam etdirdiyi müddətdə mümkün deyil.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei tələbələrlə görüşü zamanı deyib.

Xamenei bildirib ki, ABŞ-nin İsrailə dəstəyi, regionda hərbi bazalarının mövcudluğu və Yaxın Şərqdə siyasətə müdaxiləsi İranla münasibətlərin normallaşmasına mane olur: Dominos pizza

"İran və ABŞ arasındakı fikir ayrılıqları yalnız Amerikaya ölüm şüarı ilə bağlı deyil. Bu, iki qarşı duran siyasi xəttin və maraqların əsaslı toqquşmasıdır".

O əlavə edib ki, bu ziddiyyətlərin yaxın zamanda aradan qalxacağını düşünmək sadəlövhlükdür./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!