Xamenei Pezeşkiana nüvə danışıqlarında vasitəçilik üçün göstəriş verdi

saytların hazırlanması

Evə çatdırılma

Xamenei Pezeşkiana nüvə danışıqlarında vasitəçilik üçün göstəriş verdi

Siyasət

09 Sentyabr 2025 21:33 341


İranın Ali Rəhbəri Əli Xamenei Qərblə nüvə danışıqlarının bərpası məqsədilə Prezident Məsud Pezeşkiana xüsusi tapşırıq verib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, Əli Xamenei M.Pezeşkiana Qətər əmirindən vasitəçi kimi çıxış etməsini istəməyi tapşırıb. pizza

Məqsəd İranla Qərb ölkələri arasında gərginliyin azaldılması və xüsusilə "snapback" (tətik) mexanizmi əsasında beynəlxalq sanksiyaların yenidən tətbiq olunmasının qarşısının alınmasıdır.

Qətərin rəsmi xəbər agentliyi də bu məlumatı dolayısı ilə təsdiqləyib.

Bildirilib ki, İran prezidenti tərəfindən göndərilən şifahi mesaj sentyabrın 4-də Dohada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı vasitəsilə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə çatdırılıb. Həmin mesajda Tehranın adından Qətərdən Qərblə əlaqələrin yenidən qurulmasında diplomatik vasitəçilik rolu istənilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!