Xameneidən gözlənilməz addım: Pezeşkianın ABŞ-la bağlı xahişini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Xameneidən gözlənilməz addım: Pezeşkianın ABŞ-la bağlı xahişini qəbul etdi

Siyasət

11 Aprel 2025 19:58 252


İran Prezidenti Məsud Pezeşkian yüksək çinli məmurlarla görüşü zamanı ali rəhbər Ayətullah Əli Xameneidən ABŞ ilə danışıqlara dair mövqeyini yumşaltmasını istəyib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Bildirilib ki, bir neçə saat davam edən görüşdən sonra ali rəhbər prezidentin xahişini dinləyib və Tehranla Vaşinqton arasında ilk növbədə vasitəçilər, nəticə İran tərəfinə uyğun gələrsə, birbaşa danışıqlara razılıq verib. Dördpendirli pizza

Eyni zamanda, nəşr yazır ki, Xamenei danışıqların aparılması üçün bir neçə şərt qoyub. O, xüsusən Tehranın nüvə proqramının, o cümlədən monitorinq mexanizmləri ideyasının müzakirəsinə icazə verib, lakin İranın raket proqramının ölkənin müdafiə sisteminin bir hissəsi olduğunu və müzakirə mövzusu olmadığını qeyd edib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!