Xameneinin bacısı qızı həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Xameneinin bacısı qızı həbs edildi

Rəsmi

17 Yanvar 2022 12:51 936


İranda Məhbusların Müdafiəsi Kampaniyasının sədri Fəridə Muradxani həbs edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Fəridə Muradxaninin həbs olunma səbəbi hələlik bilinməsə də, bəzi sosial media istifadəçiləri onun tutulma səbəbini Fərəh Pəhləvinin anım mərasimində şeir oxuması ilə əlaqələndirib. pizza mizza

Aktivist Muradxaninin həbs ilə bağlı məlumatlar yanvarın 16-da yayılıb. O, yanvarın 13-də evinə qayıdarkən ETTELAAT tərəfindən saxlanılıb. İranın təhlükəsizlik orqanları fəalın evində axtarış əməliyyatı keçirib və Muradxaninin bir sıra şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar.

Fəridə Muradxani tutulduqdan bir gün sonra ailəsi ilə əlaqə saxlayaraq, Evin zindanının “209-cu kolon” adlanan - ETTELAAT-ın təcridxanasına köçürüldüyünü açıqlayıb.

Qeyd edək ki, Fəridə Muradxani İranın ali dini lideri Əli Xameneinin bacısı qızıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!