İranın dini lideri Ayətulla Seyid Əli Xamneyi ABŞ-dakı prezident seçkiləri ilə bağlı açıqlama verib.
Yenisabah.az xəbər verir ki, o, açıqlamasında prezidentin kim olmasından asılı olmayaraq, ABŞ-a qarşı siyasətlərinin dəyişməyəcəyini vurğulayıb:
“Siyasətimiz dəqiq və yaxşı hesablanıb. Gələn və gedən şəxslərin buna heç bir təsiri olmayacaq. ABŞ-dakı vəziyyəti izləmək maraqlıdır. İndiki prezident bunun tarixdəki ən saxta ABŞ seçkisi olduğunu söyləyir. Rəqibi isə Trampın seçkidə saxtalaşdırma edəcəyini deyir. Bax, budur Amerika demokratiyası...Seçki nəticəsi bizi maraqlandırmır, yəni siyasətimizə heç təsir etməyəcək. Belə bir imperiya uzun müddət mövcud olmayacaq. Bir rejim bu həddə çatdıqda daha çox yaşamayacağı və yox olacağı aşikardır. Bəziləri vəzifəyə gəlsə, Amerikanı daha tez məhv edəcək, bəziləri isə biraz zaman keçdikdən sonra yox edəcək”. Toyuqlu pizza
Telegram kanalımız