Ermənistanın təklif etdiyi “Sülh kəsişməsi” layihəsi Cənubi Qafqaz regionunun gələcəyi üçün konkret parametrlərə və geniş beynəlxalq dəstəyə malik yol xəritəsidir.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisi Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan bildirib.
O qeyd edib: “Avqustun 8-də Vaşinqtonda tarixi sülh bəyannaməsinin imzalanması və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ilə “Sülh kəsişməsi” artıq sadəcə bir baxış və ya ideya deyil, konkret parametrləri və geniş beynəlxalq dəstəyi olan regionun gələcəyi üçün yol xəritəsidir". Marqarita pizza
Telegram kanalımız