Bir müddət əvvəl ailə quran Əməkdar artist Nigar Şabanova ərinin şəkillərinin paylaşılmasına sərt təpki verib.
Yenisabah.az xəbər verir ki, şəbəkə hesabında fotonun tirajlanmasına qadağanı belə əsaslandırıb:
“Həyat yoldaşımla bir dəfə şəkil paylaşdım və sildim. Mən həmin şəkili səhifəmdən silsəm də, bir çox sosial şəbəkələrdə nişanlımın şəkili qalmaqdadır. O demək deyil ki, mənimlə bağlı xəbərlərdə onun şəkili yayımlanmalıdır”. pizza hut
Sənətçi ərinin hərbçi olduğunu da xatırladıb. O, şəkili paylaşanlardan polisə şikayət edəcəyini deyib:
“O hərbçidir və elə yerdə çalışır ki, fotosunun sosial şəbəkələrdə yayılması məqbul hal deyil. Bundan sonra fotolarını hansısa sosial şəbəkə səhifəsində görsəm, polisə şikayət edəcəyəm”.
Telegram kanalımız