Xanhüseyn Kazımlının şirkətləinin siyahısı yayıldı - FOTOFAKT

saytların hazırlanması

Evə çatdırılma

Xanhüseyn Kazımlının şirkətləinin siyahısı yayıldı - FOTOFAKT

Siyasət

23 Fevral 2020 19:50 6154


V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlıya məxsus şirkətlərin adları məlum olub. "Yeni Sabah" xəbər verir ki, siyahını araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. Milli Məclisin keçmiş deputatı Xanhüseyn Kazımlıya aid şirkətlər: 1. "HUMAY BROYLER" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2011-ci ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının oğlu Damir Kazımlıdır. 2. "BARAT KƏNDLİ (FERMER) TƏSƏRRÜFATI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2004-cü ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının qardaşı oğlu, "Muğanbank" ASC-nin İmişli filialının keçmiş müdiri Dəyanət Kazımovdur. 3. "DƏYANƏT GƏLƏCƏYƏ BAXIŞ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2013-cü ilin iyununda qeydiyyatdan keçib. Qanuni təmsilçisi Dəyanət Kazımovdur. 4. "AQROFLORA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2011-ci ilin iyulunda qeydiyyatdan keçib.Təsisçisi və qanuni təmsilçisi keçmiş deputatın oğlu Samir Kazımovdur. 5. "FARUZ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2001-ci ilin aprelində qeydiyyatdan keçib, qanuni təmsilçisi keçmiş deputatın qohumu Kazımov Daşqın Barat oğludur. https://cdn.yenisabah.az/files/xanu6.jpg https://cdn.yenisabah.az/files/xanu5.jpg https://cdn.yenisabah.az/files/xanu4.jpg https://cdn.yenisabah.az/files/xanu3.jpg https://cdn.yenisabah.az/files/xanu2.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!