Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi

Sosial

09 İyun 2025 18:23 755


Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının direktoru Gülnaz Mahmudzadə işdən çıxarılıb.

Yenisabah.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun müvafiq əmri ilə Gülnaz Sədulla qızı Mahmudzadə son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Onun yerinə Yasər Məhəmməd oğlu İbadov təyin edilib. pizza mizza

Qeyd edək ki, Yasər İbadov təqaüddə olan polis polkovnikidir. O, Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi vəzifələrində çalışıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!