“CPM-İnvest İnvestisiya Şirkəti”nin 2023-cü ilin yanvar-avqust aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 2 milyard 664,5 milyon manat təşkil edib.
“Yeni Sabah”ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 18,3% və ya 598,6 milyon manat azalıb. Belə ki, 2022-ci ilin ilk səkkiz ayında “CPM-İnvest”in dövriyyəsi 3 milyard 263,1 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin birja əməliyyatlarının 2 milyard 25,7 milyon manatı repo, 544 milyon 38,2 min manatı dövlət qiymətli kağızlarının, 80 milyon 496,9 min manatı Mərkəzi Bankın istiqrazlarının, 12 milyon 741,2 min manatı korporativ istiqrazların və 1 milyon 491,9 min manatı isə səhmlərin payına düşüb.
Qeyd edək ki, “CPM-İnvest İnvestisiya Şirkəti”nə 2021-ci ildə lisenziya verilib. Onun səhmlərinin 100%-i Məmmədova Kəmalə Qələndər qızına məxsusdur.
Telegram kanalımız