Jurnalist İradə Cəlil şantaj və provakasiya ilə üz-üzə qalıb.
Bu haqda “Yeni Sabah”a xəbər verən jurnalistin sözlərinə görə, dünən onun adından açılan səhifədə əks cinsin nümayəndələri ilə tanış olduğu barədə saxta məlumatlar yerləşdirilib. Hətta jurnalistin telefon nömrəsi də paylaşılıb. O, bildirib ki, bu, sosial şəbəkələrdə onun adına açılan saxta profillərdən biridir. “İndiyədək adıma Vətən xaini, cəsus olmağımla bağlı saxta səhifələr açılıb”.
İradə Cəlil onun şərəf və ləyaqətini alçaldan, peşə fəaliyyətinə xələl gətirən səhifələrin açılması ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq, bu səhifələri açan şəxs və ya şəxslərin tapılaraq hüquqi ölçü götürülmədiyini deyib. Jurnalist hüquq mühafizə orqanlarının müraciətə biganə yanaşdığını söyləyir: “İndiyə qədər adıma açılan səhifələrdə mənim Vətən xaini və cəsus olduğum barədə təhqiredici məlumatlar yerləşdirilirdi. Dünəndən isə mənim adıma əks cinsin nümayəndələri ilə tanışlıqla bağlı səhifə açılıb. Şəxsi mobil nömrəm isə əlaqə məqsədilə səhifəyə yerləşdirilib. Çox təəssüf ki, dəfələrlə etdiyim şikayətlərə baxmayaraq bu cinayəti törədən şəxs hələ də tapılmayıb. Dördpendirli pizza
Mən yenidən DTX, DİN, Baş Prokurorluğa müraciət etmişəm. Artıq bir jurnalist olaraq məndə belə təəsürat yaranır ki, ya ölkəmizdə qanunsuzluq hökm sürür, yaxud da bu cinayəti və namussuzluğu edən şəxslər hüquq mühafizə orqanlarının yüksək çinli məmurlarının himayəsində olduqlarından onlara toxunan yoxdur. Dünən etdikləri isə şərəfsizliyin və namussuzluğun son həddidir. Bu mənə və ailəmə edilən təhqirdir! Artıq şəxsiyyətimə qarşı edilən bu əxlaqsızlıqlara dözə bilmirəm!
Ümidim yenə də möhtərəm prezidentimiz İlham Əliyeva və Azərbaycan vətəndaşlarının, qadınlarının arxa-dayağı olan Mehriban xanım Əliyevayadır”.
Qeyd edək ki, İradə Cəlil ailəlidir, iki övladı var.
Telegram kanalımız