Xanımı Sevgililər Günündə Baydeni belə təbrik etdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xanımı Sevgililər Günündə Baydeni belə təbrik etdi - Fotolar

Dünya

14 Fevral 2021 13:01 717


ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden Sevgililər Gününə sürpriz hazırlayıb.

Yenisabah.az Axşam.az-a istinadla xəbər verir ki, birinci xanım Ağ Evin həyətindəki çəmənliklərə "sevgi", "birlik", "yaxşılıq", "güc", "ümid", "ailə" mesajların verən rəngli ürəklər sancdırıb.

Cill Baydenin mətbuat katibinin sözlərinə görə, bu onun ən sevdiyi bayramdır. Ürəklər isə bütün ölkə vətəndaşları üçün nəzərdə tutulub. Dominos pizza

Prezident Co Bayden isə həyat yoldaşınının sürprizi haqda bunları deyib:

"Ümid var, güclü olmaq lazımdır. Bir çox insanlar pandemiyaya görə dözülməz əzablar yaşadı. Onlar ailələrini, uşaqlarını, ərlərini, arvadlarını, analarını, atalarını itirdilər və bu dözülməz idi. Onlar sizin ürəyinizdədirlər". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!