Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin hərəkətinə növbəti dəfə şərait yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin hərəkətinə növbəti dəfə şərait yaradıldı

Maraqlı

17 Dekabr 2022 14:44 790


Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Yenisabah.az xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Dominos pizza

Belə ki, aksiya iştirakçıları növbəti dəfə də bu mövqeni nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.

Rusiya sülhməramlılarına məxsus 3 ədəd təminat yükü daşıyan maşın Xankəndi istiqamətindən Laçın istiqamətinə doğru aksiyanın olduğu yerdən sərbəst keçid edib. Aksiya iştirakçıları buna tam şərait yaradıblar. Bu, bir daha onu göstərir ki, yolu məhz Rusiya sülhməramlıları bağlayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!