Xankəndi stadionu “Qarabağ”–MOİK oyununa hazırdır

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi stadionu “Qarabağ”–MOİK oyununa hazırdır

İdman

20 Dekabr 2023 14:04 1267


Sabah Xankəndi şəhər stadionunda keçirləcək “Qarabağ”–MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, artıq stadionunun işıqlandırma sistemi hazır vəziyyətə gətirilib.

Bununla bağlı tanınmış aparıcı Sənan Şəfizadə özünün “Instaqram” səhifəsində Xankəndi stadionundan yeni şəkillər paylaşıb. Görüntülərdən də bəlli olur ki, stadionda işıqlandırma ilə yanaşı, elektron reklam lövhələri də yerləşdirilib və onun sınaqları həyata keçirilib. pizza

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ”–MOİK matçı saat 14:00-da Xankəndi stadionunda başlayacaq.

Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!