Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüssel görüşündən sonra parlamentdə etdiyi çıxışlar erməni tərəfinin sülhə meylli olduğunu göstərir. Belə ki, Paşinyanın ötəngünkü çıxıında da bu məsələ ətrafında apardığı müzakirələr Ermənistan hökumətinin “Qarabağ yükü”ndən, daha doğrusu “Artsax” adlandırılan xərçəng şişindən azad olmasının təzahürüdür.
Doğrudur, Nikol hakimiyyətə gələndə və Xankəndinə səfər edəndə o da “Qarabağ klanı”nın üzvləri kimi, Azərbaycana qarşı ərazi iddialarıyla çıxış edirdi. Amma başı "əlhəd daşı"na dəyən Paşinyan görünür yeni strategiya yaradıb. Bu strategiyada da Qarabağ ermənilərinin heç izi-tozu da yoxdur.
Bu səpkili açıqlamalardan sonra Ermənistanın ictimai mühitində də Qarabağ ermənilərinə qarşı qeyri-adekvat reaksiyanı görürük. İrəvanın küçələrində qondarma rejimin “bayraq”larının Ermənistan bayrağına boyanması, hətta deyərdim layiq olduğu kimi təhqir edilməsi, hakim partiyanın üzvü Vaqarşak Akopyanın Ohanyanın tribunaya yapışdırdığı “bayrağı” sökməsi, Ararat Mirzoyanın müxalif deputatların Qarabağa qanunsuz səfəri ilə bağlı səsləndirdiyi fikirlər Ermənistan iqtidarında Azərbaycanla barışığa olan marağın göstəricisidir. Pepperoni pizza
Son vaxtlar diqqəti çəkən əsas məqam isə budur ki, Paşinyan hər çıxışında artıq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Amma status iddialarından da geri çəkilmir. Əvvəl də dediyim kimi, artıq Paşinyanı Qarabağdakı bir ovuc separatçı tör-töküntüsü yox, 3 milyona yaxın Ermənistan ermənisi maraqlandırır.
Lakin kor tutduğunu buraxmaz prinsiplərinə əməl edən Paşinyan görünür daxili auditoriyada “Qarabağ klanı”na könül verən bir sıra erməniləri üzərinə qaldırmamaq üçün status məsələsini hələ də dilə gətirir. Sözsüz ki, status haqqında son fikri Azərbaycan tərəfi deyib və bu da hamıya bəllidir.
Elə bu dəmdə separatçı terroçubaşı Arayik Arutyunyanın bir açıqlamasını oxudum. Arayik indi hər vəchlə çalışır ki, sülhməramlılar Qarabağda qalsın. Ermənistandan əlini üzən separaçtıların sonuncu dayaq nöqtəsi isə artıq Rusiyadır. Çünki qul üçün fərqi yoxdur ağa kimdir. Amma sözün düzü, bunun Azərbaycan üçün heç bir fərqi yoxdur. Ermənistanın kölgəsindən çıxıb rusların kölgəsinə sığınmağa çalışan, hay-həşir salmaqdan başqa iş-gücləri olmayan Qarabağ erməniləri əvvəl-axır Azərbaycan bayrağının altından keçəcək.
Təbii qazın vetilməsindən sonra Azərbaycan hakimiyyətinin əsas prioritet saydığı Xankəndi məsələsinin gündəmə gəlməsi rəsmi bakının bu məsələdə ciddi olduğunun bariz göstəricisidir. Eləcə də Ermənistanın Qarabağ ermənilərinin etirazlarına rəğmən Qarabağı Azərbaycanın ərazisi kimi tanımasından sonra böyük dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycana qarşı olan təzyiqlərin sayı azalıb. Regionda xüsusi maraqları olan və bu maraqları çərçivəsində Qarabağ ermənilərindən maşa kimi istifadə etmək istəyən dövlətlərində arzusu ürəyində qalıb. Çünki bir zamanlar bizə təzyiq göstərənlər indi bizimlə hesablaşır. Biz isə öz torpağımızdan başqa heç nə istəmirik.
Uzun sözün qısası, bu gün Azərbaycan dövləti bildirir ki, separatçılar ya Azərbaycanın hakimiyyətini qəbul edəcəklər, ya da edəcəklər. İrəvan küçələrindən “bayraq” adlandırdıqları əski parçasının hər gün təhqirlərə uğraması da buna sübutdur. Onların yaralarına duz tökən isə bu proseslərin Paşinyanın əli ilə edilməsidir.
Əminliklə deyə bilərik ki, Xankəndidə tezliklə Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Çünki qondarma rejimə məxsus "bayraq" çoxdan əski parçasına çevrilib. Həm də Paşinyanın əli ilə...
Rafi MÜSLÜMOV
Telegram kanalımız