Xankəndidə əməliyyat: Silah-sursat tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə əməliyyat: Silah-sursat tapıldı

Hadisə

06 Yanvar 2024 12:05 762


Xankəndi şəhərində polis əməkdaşları tərəfindən döyüş silah-sursatlarının və partlayıcıların təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, şəhər ərazisində 2 ədəd “AKS-74”, 1 ədəd “AK-74M”, 4 ədəd “AK-47”, 1 ədəd “AK-103”, 4 ədəd “AKMS”, 5 ədəd “AK-74” markalı avtomat silah, 2 ədəd “TOZ” markalı ov tüfəngi, 1 ədəd “APS” markalı tapança, 2 ədəd “Makarov” markalı tapança, 6 ədəd qumbara, 1 ədəd “PK” markalı pulemyot, 2536 ədəd müxtəlif çaplı patron, 4 ədəd süngü-bıçaq, 39 ədəd patron darağı və 30 ədəd daraq aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!