Xankəndidə separatçılar arasında atışma olub.
Yenisabah.az Konkret.az-a istinadən xəbər verir ki, Qarabağda Rusiya sülhməramlılarının yerləşdirildiyi müvəqqəti məsuliyyət zonasında güllələnmə hadisəsi baş verib.
General Samvel Karapetyan (Oqanovski) Xankəndinin mərkəzi meydanında dörd gəncə atəş açıb. Toyuqlu pizza
Bu gün saat 19:10-da baş verən hadisə yerinə baxış keçirilir. Təfərrüatlar araşdırılır.
Hələlik itkilər barədə məlumat verilmir.
Xatırladaq ki, Oqanovski 2008-ci il martın 1-də İrəvanın mərkəzində insanların güllələnməsi əməliyyatına da rəhbərlik edib.

Telegram kanalımız