Xankəndidə mitinq başladı: “Nikol Qarabağın təslim möhürünü vuracaq”

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə mitinq başladı: “Nikol Qarabağın təslim möhürünü vuracaq”

Rəsmi

08 Oktyabr 2022 20:58 5865


Xankəndidə mitinq başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Qarabağda separatçıların qondarma “parlamentinin deputatı” Metakse Akopyan deyib. O, Qarabağın “müdafiəsi hərəkatına” start verildiyini bildirib.

“İndi bizim iqtidarlarımız çıxıb xalqın yanında olmalı və Nikol rejiminə qarşı çıxmalıdırlar, başqa çıxış yolu yoxdur. Əks halda Nikolla birlikdə Qarabağın təslim olmasına möhür vuracaqlar. Onlar indi çıxıb meydanda xalqın yanında dayanmalıdırlar”, – Akopyan bildirib. pizza sifarişi

Onun sözlərinə görə, Qarabağ xalqı Paşinyana qarşıdır və hər şey xalqdan asılıdır, insanlar öz evlərini, yerlərini, vətənlərini qorumaq üçün sadəcə olaraq Nikola və beynəlxalq ictimaiyyətə qarşı çıxa bilərlər.

“Biz beynəlxalq ictimaiyyətdən siqnal almamışıq. Nikoldan eşitdiyimiz odur ki, beynəlxalq ictimaiyyət bu və ya digərini tələb edir. Biz qəzəblənirik və düşünürəm ki, buna qarşı mübarizə aparmaq çətin olacaq, insanlar öz evlərini müdafiə edirlər”, – o deyib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!