Xankəndidə nə baş verib?   - Atışma səsləri eşidilib...

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə nə baş verib? - Atışma səsləri eşidilib...

Rəsmi

29 Yanvar 2022 14:28 2598


Xankəndidə separatçı hərbi birləşmələrin komandiri Samvel Babayanın oğlunun iştirakı ilə dava olub.

Yenisabah.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, hadisə ilə bağlı yayılan xəbərə görə tərəflər arasında atışma olub.

Bundan öncə erməni sosial şəbəkələrində Samvel Babayanın oğlunun öz yoldaşları ilə birlikdə siyasi fəal Artur Osipyanı döydüyü ilə bağlı iddialar yayılmışdı. "Hüquq-mühafizə orqanları" isə hələlik bu barədə heç bir tədbir görməyib. Dördpendirli pizza

Buna səbəb isə Xankəndidəki terrorbaşının yekun qərarının gözlənilməsidir.

"Polis"dən isə bildirilib ki, yanvarın 23-də saat 18:55-də Xankəndinin Teryan küçəsində dava-dalaş olması barədə məlumat daxil olub. "Təhlükəsizlik qüvvələri" yoxlamaya başlayıb, atışma iştirakçılarından izahat alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!