Xankəndidə nə baş verir?   - 76 erməni ailəsi ilk dəfə Qarabağda

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə nə baş verir? - 76 erməni ailəsi ilk dəfə Qarabağda

Rəsmi

04 İyul 2021 21:58 3854


44 günlük Vətən müharibəsinin bitməsindən bu günə kimi daha öncə Qarabağda yaşamayan 76 ailə Xankəndiyə köçürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ümumilikdə isə Qarabağda ilk dəfə yerləşdirilən ermənilərin sayı 376-dır.

Təkcə ötən ay 8 erməni ailəsi (39 nəfər) Xankəndiyə köçürülüb. Daha 10 ailənin isə köçürülməsinə hazırlıq getdiyi bildirilib. pizza sifarişi

Qeyd edək ki, 14 noyabr 2020-ci ildən etibarən rus sülhməramlıları ümumilikdə Qarabağa 52,7 min erməni yerləşdirdiklərini açıqlamışdılar. Bir müddət öncə isə Azərbaycanın Qarabağ bölgəssinin rus sülhməramlılarının məsuliyyət zonasında hələ də qalmaqda davam edən separatçı-terrorçu Araik Arutyunyan Qarabağda cəmi 35 minə qədər erməni olduğunu açıqlamışdı.

Azərbaycan xüsusi xidmət orqanlarına istinadla ölkə mediası isə Qarabağda ortalama 30 min erməni məskunlaşdırıldığını elan edib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!