Xankəndidə qələbə paradına hazırlıq - Ermənistanda isteriya yaşanır

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə qələbə paradına hazırlıq - Ermənistanda isteriya yaşanır

Rəsmi

01 Noyabr 2023 09:49 2897


Noyabrın 8-də Xankəndində qələbə paradının keçiriləcəyi haqda yayılan məlumatlar Ermənistanda kədərlə qarşılanıb.

Xankəndidə planlaşdırılan paradla bağlı informasiyanı tirajlayan Ermənistan mediası Paşinyan hakimiyyətini və Qarabağda ləğv edilmiş separatçı rejimin “rəhbərlərini” tənqid edir.

Erməni şərhçi Qalust Qriqoryan Xankəndidə qələbə paradının keçirilməsini “erməni xəyallarının sonu” adlandırır. Marqarita pizza

“Verelq” saytı isə paradı Paşinyan hakimiyyətinin 2018-ci ildən sonra həyata keçirdiyi siyasətin məntiqi sonluğu olaraq şərh edib.

“Hraparak” nəşri isə paradda Prezident İlham Əliyevin iştirakını xüsusilə vurğulayıb.

Qeyd edək ki, noyabrın 8-də keçirilməsi planlaşdırılan hərbi paradda Prezident İlham Əliyevin iştirak edəcəyi, qələbə mərasiminin daha sonra Şuşada davam etdiriləcəyi haqda məlumat yayılıb.

Erməni separatizminin ləğvindən sonra Xankəndidə hərbi parad hazırlığı Ermənistanda isteriya ilə qarşılanır. Bu isteriyanın paradın keçiriləcəyi gün daha da artacağı gözləniləndir. 

Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!