Xankəndidə qəzaya düşən PFL rəhbərinin vəziyyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə qəzaya düşən PFL rəhbərinin vəziyyəti açıqlandı

İdman

10 Yanvar 2024 13:45 820


Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu açıqlanıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu PFL-in media və marketinq direktoru Sənan Abdullayev deyib.

O, qurum rəhbərinin yanvarın 8-dəki əməliyyatının uğurlu alındığını bildirib: "Hər şey daha yaxşı olacaq. Sadəcə, zamana ehtiyac var. Yavaş-yavaş bərpa ediləcək". pizza

Abdullayev vitse-prezident Aslan Şahgəldiyevin bərpa prosesi keçdiyini bildirib. O, öz durumunun da yaxşı olduğunu və artıq iki gündür işə çıxdığını sözlərinə əlavə edib.

Xatırladaq ki, hadisə dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!