Xankəndidə vəfat edən qadının nəşini 5 aydır Ermənistan qəbul etmir

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə vəfat edən qadının nəşini 5 aydır Ermənistan qəbul etmir

Dünya

15 Mart 2025 17:32 290


Ermənistan hökuməti Xankəndidə vəfat edən 70 yaşlı Vera Ağaşyanın nəşini qəbul etməkdə hələ də gecikdirir.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Sputnik Armeniaya bildirib ki, Vera Ağaşyanın nəşinin Ermənistana aparılması məsələsi hələ də müzakirə mərhələsindədir. Halbuki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəsmi İrəvana bu məsələnin həlli üçün müraciət etsə də, Ermənistan tərəfi indiyə qədər heç bir reaksiya verməyib.

Musavar.com xatırladır ki, Vera Ağaşyan Qarabağda qalan son 14 ermənidən biri idi və o, 2024-cü ilin oktyabrında Xankəndidə vəfat edib. Lakin Ermənistan hökuməti onun nəşini qəbul etmək üçün heç bir konkret addım atmır. Sezar pizza

Bu hadisə rəsmi İrəvanın siyasi riyakarlığını və öz vətəndaşlarına laqeyd münasibətini bir daha ortaya qoyur. Ermənistan rəhbərliyi beynəlxalq arenada humanitar dəyərlərdən danışsa da, real vəziyyətdə öz vətəndaşına, hətta onların ölüsünə sahib çıxmaqdan belə acizdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!