Xankəndidəki gərginliyin əsl səbəbi   -  Separatçı erməni rejiminə iki həftə vaxt verildi...

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidəki gərginliyin əsl səbəbi - Separatçı erməni rejiminə iki həftə vaxt verildi...

Rəsmi

26 Mart 2021 11:35 32752


Xəbər verildiyi kimi,  dünən – martıın 25-i  günorta saatlarından başlayaraq axşam saatlarınadək Azərbaycanın Xankəndi şəhərində separatçı-terrorçu erməni rejiminə müxalif qüvvələr etiraz aksiyası keçirərək əsas yolları bağlayıblar. Etirazçılar separatçı rəhbərlər və sülhməramlı kontingentin yüksək rütbəli şəxsləri ilə görüş tələb ediblər.

Yenisabah.az Rusiya mediasına istinadla xəbər verir ki, Xankəndidəki gərginliyin əsl səbəbi bəlli olub. 

Martın 25-də müxalif  "Mənim haqqım" hərəkatının fəalları Azərbaycan dövlətinin nəzarətinə keçən ərazilərdən köçmüş ermənilərin yerləşdirilməsi məsələsinin həll olunmasını tələb edərək Xankəndidə yolları bağlayıblar. Bunun üçün etirazçılar separatçı oliqarxların "korrupsiya gəlirləri" ilə qurulmuş malikanələrindən istifadə olunmasını təklif ediblər. Aksiyaçılar qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsinə dair bir “qanun” qəbul edilməsi tələbini də qoyublar. Onlar separatçı rejimin qanunsuz “ədliyyə nazirliyi”nin tələb olunan “qanun” layihəsini hazırlamaq üçün son tarix elan edənə qədər yolları açmaqdan imtina ediblər.  Axşam saatlarında hərəkat fəalları “rəsmi”lərlə görüşdən sonra mərkəzi prospektin açılmasıyla  razılaşıblar. Etirazçılar “hakimiyyət”ə  tələbləri yerinə yetirmək üçün iki həftə vaxt verdiklərini, lakin məmurların hərəkətlərinin onlara uyğun görünmədiyi təqdirdə etiraz aksiyalarının növbəti günlərdə də davam edəcəyini istisna etmədiklərini söyləyiblər.  /Moderator.az Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!