Xankəndində “Azərbaycan –sivilizasiyanın düşmənidir” adlı “kitab” buraxıldı…

saytların hazırlanması

Evə çatdırılma

Xankəndində “Azərbaycan –sivilizasiyanın düşmənidir” adlı “kitab” buraxıldı…

Hadisə

15 Dekabr 2021 08:51 749


44 günlük savaş zamanı bayrağımızı sancmaqdan son anda çəkindiyimiz Xankəndi şəhərimizdə Azərbaycan xalqına və dövlətinə qarşı növbəti təxribat törədilib.

Dekabrın 14-də  Xankəndinin “Mesrop Maştots adına erməni universiteti”ndə “Azərbaycan – sivilizasiyanın düşmənidir” silsiləsinin nəşrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

“Yeni Sabah” Moderator.az-a istinadən xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb. pizza sifarişi

“Elmi nəşr” hesab olunan bu hədyan dolu üzdəniraq kağız topası Mesrop Maştots “universiteti”nin Qafqaz araşdırmaları mərkəzi, “mədəni irsin qorunması üzrə ictimai şura” ictimai təşkilatı və “Qolos Armeniyi” müstəqil ictimai-siyasi qəzetinin birgə layihəsidir.

Xəbərdə bildirilir ki, hələlik rus dilində nəşr olunmuş bu hədyannamənin dünyanın müxtəlif aparıcı dillərinə tərcümə olunacağı planlaşdırılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!