Xankəndində bütün məscidlər dağıdılıb

saytların hazırlanması

Evə çatdırılma

Xankəndində bütün məscidlər dağıdılıb

Siyasət

13 Oktyabr 2025 11:14 272


“Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsində, Xankəndi şəhərində işğal dövründə İslam mədəniyyətinə aid olan bütün məscidlər, pirlər, qəbiristanlıqlar, muzeylər və abidələr dağıdılıb, hazırda onlardan bir iz belə qalmayıb. Bu, yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşər mədəniyyətinə qarşı bir təcavüzdür”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində Qarabağ Universitetində “Mənəvi dəyərlər həftəsi” çərçivəsində keçirilən tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı  rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov səsləndirib.

E.Yusubov həmçinin diqqətə çatdırıb ki, işğal dövründə ermənilər təkcə İslam abidələrini deyil, həm də Qafqaz Albaniyasına məxsus xristian məbədlərini saxtalaşdıraraq, onları erməni abidələri kimi təqdim etməyə cəhd göstəriblər.Belə abidələrdən biri də Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər məbədi olub. XIII əsrə aid bu alban monastırı XIX əsrə qədər Qafqaz Albaniyası Katolikosluğunun dini mərkəzi kimi fəaliyyət göstərib. İşğal dövründə abidənin memarlıq quruluşu, interyeri və yazıları ermənilər tərəfindən dəyişdirilib, alban yazıları silinib.Məqsəd isə tarixi saxtalaşdırmaq olub. Bu gün işğaldan azad edilmiş ərazilərdə məscidlər. mədəniyyət mərkəzləri, kilsələr yenidən bərpa edilir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!