Xankəndində separatçılar hava hücumundan sığınacaqları təmizləməyə başladılar… - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xankəndində separatçılar hava hücumundan sığınacaqları təmizləməyə başladılar… - Fotolar

Rəsmi

18 Sentyabr 2022 14:35 5841


Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan Xankəndi şəhərindəki hayklar binaların zirzəmilərini təmizləməyə başlayıblar.

Yenisabah.az xəbər verir ki, bu haqda məlumat Qarabağdakı separatçı nəşrlərdə və sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Separatçı nəşrlər şəhərdə 150-yə taxın könüllülərin iştirakıyla qeyri-yaşayış sahələrinin təmizlənməsi məqsədi ilə iməcilik keçirilməsindən bəhs edib.  Dominos pizza

Sosial şəbəkələrdəki məlumatın tərcüməsi isə belədir:

"Artsaxdakı ermənilər hətta Rusiya sülhməramlılarının yanında da özlərini tam təhlükəsiz hiss etmirlər: bu gün 150-yə yaxın könüllü Stepanakertin sığınacaqlarını təmizləyib".

Yəni belə çıxır ki, hayklar binaların zirzəmilərini - bu halda hava və artilleriya hücumundan qorunmaq üçün sığınacaqları mülki müdafiə tədbirləri məqsədi ilə təmizləyirlər…

/Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!