Xankəndidə vəziyyət gərginləşdi, ermənilər Araikin istefası tələbilə mitinqə çıxdı…

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə vəziyyət gərginləşdi, ermənilər Araikin istefası tələbilə mitinqə çıxdı…

Rəsmi

21 İyun 2021 23:28 2815


Bu gün gündüz saatlarında Xankəndidəki “Dirçəliş” meydanına toplaşan bir qrup erməni separatçı rejim başçısı Araik Arutyunyanın istefasını tələb etməyə başlayıb.

Yenisabah.az xəbər verir ki,  bu haqda  qəsbkar ölkənin “A1plyus” nəşri məlumat yayıb. 

Məlumata görə, vəziyyət gərginləşib.İnsanlar yaxın ərazilərdə  divarlara “get” yazılmış vərəqələr yapışdırıblar.  pizza

Separatçı rejimin qanunsuz “dövlət naziri” sayılan Artak Beqlaryan etirazçılara yaxınlaşaraq Araiklə danışdığını və onların belə bir tələb irəli sürdüklərini onun nəzərinə çatdırdığını bildirib. Və onu da əlavə edib ki, sabah – iynun 22-i günortadan sonra Araik Arutyunyan “xalqın tələbi ilə əlaqədar xalq qarşısında çıxış etmək” üçün Xankəndində olacaq.

“Qraparak” nəşrinin yazdığına görə isə, etirazçılar hətta “prezident” iqamətgahının qapılarını sındıraraq içəri girməyə çalışıblar. Polislə qarşıdurma yaşanıb. Guya nümayişçilər bildirib ki, “Artsax xalqı Paşinyanı təbrik edə bilməz”, Araik getməlidir...

Xatırladaq ki, gecə saatlarında Araik Arutyunyan İrəvanda Paşinyanın baş seçki qərargahında görünüb. Sonra isə səhər saatlarında öz adından “rəsmən” Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik edib. /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!