Xankəndiyə giriş bağlandı, 2 gün sonra …

saytların hazırlanması

Evə çatdırılma

Xankəndiyə giriş bağlandı, 2 gün sonra …

Rəsmi

30 Avqust 2022 14:22 1868


Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşlarının girişi qadağan edilib. 

“Yeni Sabah” Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə isveçli jurnalist Rasmus Kanbök "Twitter" hesabında yazıb. 

O, Xankəndiyə səfər etmək üçün Qarabağdakı separatçılara müraciət edib. Jurnalistə bildirilib ki, giriş icazələrinin verilməsi qeyri-müəyyən müddətə dayandırılıb. pizza

Erməni mediasının yazdığına görə, "artsax milli assambleyasının'' bütün beş fraksiyaları sentyabrın 2-də bir sıra tədbirlər keçirmək barədə qərar qəbul ediblər.  Bildirilib ki, sentyabrın 2-də saat 17:30-da Xankəndinin bütün sakinləri və qonaqları Azadlıq meydanından başlayacaq yürüşdə iştirak etməyə dəvət olunur. 

Qeyd edək ki, ötən il Ermənistan baş naziri Nikol Paşinyan və ölkənin digər yüksək rütbəli rəsmiləri əvvəlki illərdən fərqli olaraq, "müstəqillik tədbirlərində" iştirak etmək üçün Xankəndinə getməyib. 

Xatırladaq ki. 1991-ci ilin məhz 2 sentyabrında Qarabağ "parlamenti" Azərbaycandan "müstəqilliyini" elan edib və Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin başlanğıcını qoyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!