Xanlar Vəliyevin yeni vəzifəsi nə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Xanlar Vəliyevin yeni vəzifəsi nə olacaq?

Siyasət

08 Aprel 2025 20:58 1145


Xəbər verdiyimiz kimi, Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb.

Təqaüdə göndərilən Vəliyevin tezliklə yeni işinin başında olacağı ehtimal edilir.

Belə ki, sabiq Hərbi prokuror bundan sonra Konstitusiya Məhkəməsinin hakimi kimi fəaliyyətini davam etdirə bilər. pizza

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edərək, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddini 70-dən 75-ə artırıb. Bu səbəbdən hazırda 70 yaşı olan Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat göndərilə bilər.

Qeyd edək ki, daha öncə 69 yaşında ədliyyə naziri vəzifəsindən azad edilən Fikrət Məmmədov da Konstitusiya Məhkəməsinin hakimi təyin olunub./Qafqazinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!