Xaricdəki aksiyalarda 50-yə yaxın həmyerlimiz yaralanıb

saytların hazırlanması

Evə çatdırılma

Xaricdəki aksiyalarda 50-yə yaxın həmyerlimiz yaralanıb

Siyasət

23 İyul 2020 15:05 713


Ermənistan tərəfindən 12 iyul tarixindən başlayan təxribatlarla bağlı orduya dəstək məqsədilə son 10 gün ərzində 25 ölkədə 56 aksiya keçirilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev mətbuat konfransında deyib.

Bildirib ki, bir çox ölkələrdə COVİD-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq 10 minlərlə soydaşımız müxtəlif aksiyalarda fiziki olaraq iştirak edib: Sezar pizza

“Bir çox hallarda aksiyalarla bağlı öncədən hüquq-mühafizə orqanlarının məlumatlanmasına baxmayaraq polis lazımi mühafizə tədbirləri təşkil etməyib. Bu, xüsusilə Los Anceles və Brüsseldə təşkil olunan aksiyalarda özünü göstərib. Nəticə etibarilə Belçikada 10 nəfədək – (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los- Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb. Həmçinin Polşa, Niderland və Fransada da vətəndaşlarımızın üzərinə butulka, daş, şüşə parçaları, partlayıcı vasitələr atılıb. Maşınlar əzilərək aşırdılmağa cəhd edilib, səfirliyin binalarına ziyan vurulub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!