"Hazırda xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi istiqamətində iş aparılır".
Yenisabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, Rusiyada olan vətəndaşların quru yolu ilə, digər ölkələrdə olan vətəndaşların isə çarter reyslərlə gətirilməsi planlaşdırılır: pizza hut
"Biz bunu müsbət amil kimi qeyd edirik ki, ölkə xaricində olan vətəndaşların mütləq əksəriyyəti dövlətimiz tərəfindən aparılan işləri dəstəkləyir və təmkinli davranırlar. İstisna şəxslər sosial şəbəkələrdə müəyyən çıxışlar edirlər. Rusiyada yaşayan Azərbaycan vətəndaşları “Evegedirem” portalında qeydiyyat keçdikdən sonra növbəlilik əsasında onların ölkəyə gətirilməsi təmin ediləcək. 200-400 vətəndaşın mərhələli şəkildə gətirilməsi planlaşdırılır. İlk 5 gün qeydiyyatlar qəbul ediləcək, sonra qeydiyyat bağlanacaq. Həmin qeydiyyatdan keçənlər analiz edildikdən sonra qeydiyyat təkrar açılacaq. Artıq Rusiyada yaşayan 550-yə yaxın şəxs Xarici İşlər Nazirliyinə müraciət edərək qeydiyyatdan keçiblər. Təxliyyə zamanı ilk onlar nəzərə alınacaq. Vətəndaşların sərhəd məntəqəsinə gəlməsinə ehtiyac yoxdur”.
Telegram kanalımız