Xarici azarkeşlər Tokio Olimpiadasına buraxılmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Xarici azarkeşlər Tokio Olimpiadasına buraxılmayacaq

İdman

20 Mart 2021 20:29 1030


Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq bu il xarici tamaşaçıların Tokioda keçiriləcək Olimpiadaya gəlməsinə icazə verilməyəcək.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Olimpiya Oyunlarının təşkilat komitəsi nümayəndələrinin onlayn görüşündən sonra verilən açıqlamada bildirilib.

Açıqlamada bildirilib: "Yaponiya tərəfi, (Olimpiya oyunlarına) xarici bilet alıcıları üçün vəziyyəti aydınlaşdırmaq və bu mərhələdəki səyahət planlarını aydınlaşdırmaq məqsədilə Olimpiya və Paralimpiya Oyunları zamanı onların Yaponiyaya gələ bilməyəcəkləri qənaətinə gəldi". pizza

Eyni zamanda bu açıqlamanın müəllifləri tezliklə xarici azarkeşlərə biletlərin geri qaytarılması mexanizmini izah edəcəklərinə söz veriblər.

"Kiodo" agentliyi qeyd edib ki, təşkilatçılar xarici könüllülər üçün girişi açmamağa da qərar veriblər. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!