"Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması barədə mənfi qərarların səbəblərini açıqlayıb və iki əsas səbəbi göstərir: 1.Tələbənin ali təhsil müəssisəsində təhsil səviyyəsi və formasının tələb olunan müddətdən az olması; 2.Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması. Hər iki imtina səbəbi əsassızdır”.
Yenisabah.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O səbəb olaraq göstərib ki, tələbə oxumağa getdiyi ölkənin universitetində semestr müddətini özü müəyyən etmir:
“Tələbə gedir oxumağa və ona, “Sənin semester müddətin qiyabi təhsildirsə, 5 və ya 6 gündür, əyanidirsə, 80 gündür”,-deyilir. Amma bizim bu diplom tanıyanlar, “Yox e, sən qiyabi təhsil alırsansa, azı semestr ərzində 15 gün orada olmalısan”,-deyir. Axı tələbə 5 günə semestri verib bitirirsə və bunu universitet özü təşkil edirsə, niyə əlavə 10 gün orada qalmalıdı? Toyuqlu pizza
Ümumiyyətlə, diplomun tanınması üçün vaxt məhdudiyyətinin tətbiq edilməsi əsassızdır və qanunvericilik aktlarına ziddir. Bu, təhsil alma hüququnun məhdudlaşdırılması və pozulmasıdır. Nostirifikasiya haqqında qanun və qaydalarda bu müddət qeyd olunmayıb.
Mülki məcəlləyə istinadən bu qərarın çıxarılması ilə yanlışdır.
İkincisi, tədris dili ilə bağlı imtina səbəbi də əsassızdır. Bu xarici ölkə universitetinin qərarına hörmətsizlikdir. Tələbə bəlkə özünə tərcüməçi tutub oxuyub? Buna ki qanun qadağa qoymur? Bəlkə tələbə hansısa linqvistik proqram ilə oxuyub? Ümumiyyətlə, Təhsil Nazirliyinin diplomların tanınması ilə bağlı prosedur qaydaları köhnədir, lazımsızdır. Hörmətli Təhsil Nazirliyi, sizin ölkədəki ali təhsil müəssisələrində qiyabi təhsilin müddətindən və hər bir universitetdə fərqli olduğundan xəbəriniz varmı?”.
Telegram kanalımız