Xarici işlər nazirlərinin baş tutmayan görüşü:   ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatı

saytların hazırlanması

Evə çatdırılma

Xarici işlər nazirlərinin baş tutmayan görüşü: ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatı

Rəsmi

05 Dekabr 2021 12:02 2758


ATƏT-in Minsk Qrupunun həmsədrləri Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin onların himayəsi altında birgə görüşünün keçirilməsinin mümkün olmamasından təəssüflənirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), İqor Xovayev (RF) və Bris Rokfeyl (Fransa) bəyanatında deyilir.

“Həmsədrlər ATƏT Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində dekabrın 1-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, dekabrın 2-də isə Azərbaycanın xarici işlər naziri Cehun Bayramov ilə görüşüblər. Həmsədrlər ATƏT-in yeni sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə də görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib. Sezar pizza

Həmsədrlər Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin onların himayəsi altında birgə görüşünün keçirilməsinin mümkün olmamasından təəssüflənirlər. Sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələrin davam etdirilməsinə şərait şərait yaradan kimi belə bir görüşü keçirməyə hazır olduqlarını bildirirlər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!