Xarici media təmsilçilərinin Azərbaycanda fəaliyyəti: Akkreditasiya necə edilir?

saytların hazırlanması

Evə çatdırılma

Xarici media təmsilçilərinin Azərbaycanda fəaliyyəti: Akkreditasiya necə edilir?

Sosial

28 Fevral 2025 13:26 316


“Xarici media qurumlarının akkreditasiyası qaydaları ilə bağlı məlumatlar Xarici işlər Nazirliyinin rəsmi saytında var. Onların konkret sayı və adları ictimailəşdirilmir. Bu ictimai məlumat olmadığı üçün siyahı formasında təqdim edilmir”.

Bunu "Yeni Sabah"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

O, son vaxtlar Azərbaycanda fəaliyyət göstərən 5 xarici media agentliyin fəaliyyətinə xitam verilib. Dominos pizza

Xatırladaq ki, bu siyahıya “Amerikanın səsi”, “BBC Azərbaycan”, “Rossiya Seqodnya”, “Sputnik Azərbaycan”, “Bloomberq” daxildir.

Qanunvericiliyə əsasən, xarici media quruluşunun ölkəmizdə fəaliyyət göstərməsi üçün akkreditasiyası müraciəti və buna görə tələb olunan sənədlər var. 

Tələb olunan sənədlər:

- Xarici media nümayəndəsinin təmsil etdiyi xarici media subyektinin nümayəndəliyinin rəhbərinin və ya onu əvəz edən şəxsin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə (bundan sonra XİN) müraciət məktubu;

- Ərizə-anket forması (elektron doldurula bilər);  

- 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil (şəkillərə dair tələblər);

- Xarici media nümayəndəsinin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici media nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşıdırsa onun şəxsiyyət vəsiqəsinin) surəti; 

- Xidməti vəsiqənin (jurnalist vəsiqəsinin) surəti; 

- Tərcümeyi-hal.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!