Gürcüstanın Acarıstan Muxtar Respublikasından bir qrup uşaq və onların valideynləri iyulun 5-dən xüsusi proqram çərçivəsində muxtar respublikadakı Duzdağ Fizioterapiya Mərkəzində müalicə alırlar. Xəstəliklərə qarşı mərkəzdə müayinə və müalicəyə cəlb olunan acarıstanlı qonaqlar qısa zamanda müalicələri ilə bağlı yaxşı nəticələr əldə ediblər.
Naxçıvan şəhərindəki “Saat meydanı” Turistik İstirahət Mərkəzində yerləşən “Batumi” restoranında təşkil olunan görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov Azərbaycan və Gürcüstan respublikaları arasındakı qədim dostluq, qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb.
Çay süfrəsi arxasında təşkil olunan görüş zamanı bildirilib ki, Naxçıvan və Acarıstan muxtar respublikaları arasında əlaqələrin inkişaf perspektivlərinə uyğun olaraq uşaqların müalicəsinə aid proqramların həyata keçirilməsi, həmçinin müxtəlif müalicə və reabilitasiya mərkəzləri arasındakı əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Pepperoni pizza
Seymur Talıbov muxtar respublikaya müalicə məqsədilə gələn qonaqların cəlb olunduqları müalicədən sonra səhhətlərində baş verən irəliləyişlərlə də maraqlanıb. Qonaqlara muxtar respublikaya gəldikləri gündən bəri aparılan video çəkilişlər təqdim olunub.
Görüş zamanı valideynlər Nargis Jordaniya və Veriko Takidze onlar üçün yaradılan şəraitə görə minnətdarlıq edib, hər iki muxtar respublika arasındakı dostluq münasibətlərindən danışıblar.
Telegram kanalımız