Xarici vətəndaşlara qanunsuz pensiya ödənişləri üzə çıxdı - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Xarici vətəndaşlara qanunsuz pensiya ödənişləri üzə çıxdı - RƏSMİ

Kriminal

04 May 2020 12:53 654


Dövlət Sosial Müdafiə Fondunun Bakının Binəqədi və Nizami rayon şöbələrində əmək pensiyası hüququ olmayan şəxslərə pensiya təyin edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilir.

Qeyd olunub ki, Fondun həmin şöbələrində əcnəbilərə daimi yaşamaq icazəsi olmadığı dövrlərdə də pensiya ödənişi aparılıb. Dominos pizza

Hesabatda yazılıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komissiyası tərəfindən əlillik dərəcəsi etibarsız hesab edildikdən sonra ödənişlər davam etdirilib.

Nəticədə, həmin şöbələr üzrə, ümumilikdə, müvafiq olaraq 905,7 min manat və 524,9 min manat vəsait ödənilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!