Xarkovda 7 yaşayış məntəqəsində təxliyə barədə qərar qəbul edildi

saytların hazırlanması

Evə çatdırılma

Xarkovda 7 yaşayış məntəqəsində təxliyə barədə qərar qəbul edildi

Dünya

10 İyun 2025 21:36 414


Ukraynanın Xarkov vilayətinin Müdafiə Şurası Şevçenkovki icmasının 7 yaşayış məntəqəsindən məcburi təxliyə barədə qərar qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyanın (VHA) rəhbəri Oleq Sinequbov özünün teleqram kanalında məlumat verib.

“Bunlar Baranovka, Berezovka, Novonikolayevka, Spodobovka, Staroveryovka, Duvanka və Fyodorovka kəndləridir”, - o yazıb. pizza mizza

Sinqequbovun sözlərinə görə, bu qərar düşmənin həmin əraziləri intensiv atəşə tutması ilə bağlı olub. Son 2 ayda icmanın PUA və RYAS-lardan atəşə tutması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb, 87 şəxsi ev və 27 çoxmənzilli yaşayış binası zərər görüb.

“Ümumilikdə 181 uşağı təhlükəsiz yerlərə təxliyə etməyi planlaşdırırıq”, - Sinequbov qeyd edib.

O bildirib ki, təxliyə olunanların hamısı müvəqqəti mənzillə təmin olunacaq, məcburi köçkün statusu almaqda dəstək görəcəklər, sosial müavinətlərdən və humanitar yardımlardan yararlanacaqlar./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!