“Biz çox qorxuruq, hər yerdə partlayışlar olur. Təxliyə edilmək istəyirik”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Ukraynanın şərqində, hazırda bombardman altında olan Xarkov şəhərindəki türk tələbələr söyləyib. Onlar heç vaxt müharibə görmədiklərini və çox qorxduqlarını bildiriblər:
“Başımızın üzərində raketlər uçuşur, hər dəqiqə başqa bir partlayış eşidirik. Əlimizdən heç nə gəlmir, sadəcə, Türkiyənin Kiyevdəki səfirliyinə zəng vura bilirik. Uçuşlar da bağlanıb. Səfirliyə zəng edib, başımıza gələnləri dedik. Onlar bildirdilər ki, “Biz sizə vaxtında dedik ki, tərk edin oranı, niyə getmədiniz? İndi biz nə edə bilərik? pizza hut
Bu sözlərdən sonra bizə Türk Hava Yolları bilet səhifəsinin linkini göndərdilər” - deyə, tələbələr bildirib.
Qeyd edək ki, hazırda Ukraynada olan tələbələrin əksəriyyətinin 18,19,20 yaşı var.
Telegram kanalımız