Müğənni Xatirə İslam el şənliklərindən söhbət açıb.
Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, o, “Xəbər-ətər” verilişində indiyə qədər kişi məclislərində iştirak etmədiyini bildirib:
“23 ildir ki, sənətdəyəm. Mən heç vaxt kişi məclislərində oxumamışam. Orada maddiyyat nə olursa-olsun kişi məclislərinə getmirəm. Kişi məclislərinə gedən qadın müğənnilərə pis baxmıram. Bu, normaldır. Sənətçi, sənətkar hər yerdə oxuya bilər”. Marqarita pizza
Müğənni proqramın gedişatında xına məclislərinə getdiyini, lakin xına-dekor biznesi ilə artıq məşğul olmadığını dilə gətirib.
Telegram kanalımız