Xatirə İslamdan ailəsi ilə bağlı qadağa

saytların hazırlanması

Evə çatdırılma

Xatirə İslamdan ailəsi ilə bağlı qadağa

Şou

19 Oktyabr 2024 12:55 922


Müğənni Xatirə İslam aparıcılara qadağa qoyub. 

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Tarixin bir günü" verilişində deyib. O bildirib ki, şəxsi həyatı, ailəsi ilə bağlı suallara qadağa qoyub:

"Çoxdan idi belə şeylər olmurdu. Yenidən başlayıb. Ömründə ailə, uşaq danışılmırdı. İstəmirəm bu haqda sual verilsin. Hansı mahnını istəyirsiniz oxuyum. Niyə ailəm müzakirəyə səbəb olsun? Səbəb nədir? Mən başqasının ailəsi haqda bilirəm? O da bilməsin. Aparıcı sual verir, mən də cavab verməsəm deyirlər boşanıblar. Məcbur sən də oturub danışırsan. Hər şey normaldır. Həyatımda nə baş versə, deyəcəyəm belədir. Bir neçə gün foto paylaşmayanda başlayırlar ayrılıblar. Qəsdən mən də şəkil paylaşmıram". Toyuqlu pizza

Qeyd edək ki, Xatirə Fəxrəddin Musayev adlı şəxslə ailəlidir. Cütlüyün bir oğul övladı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!