Müğənni Xatirə İslam həyat yoldaşının koronavirusa yoluxandan sonra evdə müalicə olunduğuna görə vəziyyətinin pisləşdiyini deyib.
Yenisabah.az xəbər verir ki, "Bizimləsən" proqramının virtual qonağı olan sənətçi onun xəstəliyi ağır keçirdiyini bildirib:
"Fəxrəddin özü müalicə olunurdu, ona görə pis gündə idi. Ona görə narahat idik. Məndə ağır keçmədi. Hələ də fəsadları var, öskürürəm. Fəxrəddin deyir ki, elə bil başqa planetdən gəlmişəm. Heç nə mənə maraqlı deyil. Kompüterin qarşısında oturur, nə edəcəyini bilmir. Xəstəxanadan çıxandan qəribəyəm. Nəsə yemək istəyirəm, yeyəndə görürəm yox, istədiyim bu deyil. İnsan qəribə və fərqli olur. Yoldaşımın qarnından qan duruldan iynə vurulmalıdır. Fəxrəddin isə götürüb qan laxtalandıran iynə vurub. Ürəyi də problemli adamdır. Onu üzüstə uzandırıb kürəyinə vururdum ki, ürəyinə nəsə olmasın". pizza sifarişi
Telegram kanalımız