Müğənni Xatun Əliyeva bir müddət verilişlərə çıxmayacaq.
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişində danışıb:
"Məhərrəmliyə görə iyun ayı üçün tədbirlər çoxdur. Bəzi planlarım da var, onları həyata keçirəcəyəm. Yaradıcılığım üçün işlər görməliyəm". Sezar pizza
Sənətçi 4 aylıq nəvəsi Adeldən də danışıb:
"Uşağın adını oğlum Adil qoydu. Adel onun ən sevdiyi müğənnidir. Mənim yox, onun adını seçdi. Həmişə də deyir ki, Adel kimi geyin. Allahıma şükür edirəm, kimlər arzusundadırsa, hamıya nəsib olsun".
Telegram kanalımız