“Xəstəliyini gizlədirdik. Aşkar olundu. Lakin gecikmişdik. Balaşı xəsətələnən görməmişdim. Qızdırması olsa belə işləyirdi”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva ARB telekanalında yayımlanan “Söhbət var” verilişində mərhum qardaşı stilist Balaşdan danışarkən söyləyib.
O, Balaşın xəstəliyini şou əhlindən gizlətdiklərini etiraf edib: Marqarita pizza
“Bilmirəm, ağrısımı olmayıb, hiss etməyib. Dekabrın 9-da xəstəlik üzə çıxdı. Bir ay biz xaricə üz tutduq. Burdakı həkimlər də əllərindən gələni etdilər. Deyirdilər ki, siz gecikmisiniz. Artıq xəstəliyin 4-cü mərhələsidir. Sağalması mümkün deyildi. Nəsə edə bilmədik. Bu cameədən təkcə Dilarə Əliyevaya demişdim. Görüşdük söylədi ki, nə olub? Həmişəki kimi deyilsən. Mən də ona danışdım. Cəhənnəmi yaşadım. Ailəmiz, anam, atam, yaxın qohumlarımız da həmçinin. O, başqa bir insan idi. Deyirdi ki, güclü olmalısan. Məni həvəsləndirirdi, arzular edirdik. Hər an bir yerdə idik. İndi mənim üçün çox çətindir. Gözəllik salonunun qapısından içəri girəndən çıxana qədər nələr yaşayıram Allah bilir".
Telegram kanalımız