Xatun tül maskasına görə tənqid atəşinə tutuldu   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xatun tül maskasına görə tənqid atəşinə tutuldu - Fotolar

Şou

30 Dekabr 2020 13:57 1496


Müğənni Xatun Əliyeva qeyri-adi maskası ilə həmkarlarından seçilib.

Yenisabah.az xəbər verir ki, efirə tül maska ilə gedən müğənninin bu addımı birmənalı qarşılanmayıb. Sosial şəbəkədə görüntülərini paylaşan müğənnini tibbi maskadan istifadə etmədiyi üçün xeyli qınayan tapılıb.

Onlar bu tip maskaların insanları virusdan qorumadığını yazaraq xanım sənətçini tənqid atəşinə tutublar. Dördpendirli pizza

Koronavirus barədə fikirlərini bölüşən ifaçı “Bizi yalnız Allah xilas edə bilər. Ona görə də acizanə şəkildə Allaha dua edək, bizi bağışlasın tezliklə bu bəladan bizi qutarsın” – deyə, şərh yazıb.

Qeyd edək ki, sözügedən maska tanınmış modelyer Fəxriyyə Xələfova tərəfindən hazırlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!