Xatun və Ayan bir-birindən niyə incik düşüb? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Xatun və Ayan bir-birindən niyə incik düşüb? - VİDEO

Şou

07 Oktyabr 2024 16:11 590


Müğənni Xatun Əliyevanın həmkarı Ayan Babakişiyeva ilə küsülü olduğu üzə çıxıb. 

Yenisabah.az olay-a istinadla xəbər verir ki, "Xəbərin var?" verilişinə müsahibə verən Xatun Ayan barədə nə danışmaq, nə də sual vermək istəyib.

Sözügedən proqramda qonaq olan Ayan Xatunun bu hərəkətinə belə reaksiya verib:  pizza

"İnsanları hər zaman olduğu kimi qəbul edirəm. Əgər o insan qərarsızdırsa və tez təsir altına düşəndirsə, ondan uzaq durmağa çalışıram. Bilmirəm bu müsahibəni verən Xatun nə altında olub. Desəm ki, Xatunun həyatında vacib personayam və ya onun özəl və ya şəxsi həyatına pisliyim dəyib və ona görə belə aqressivdir...

Şərh verməyəcəyəm. Allah hamının ürəyinə görə versin. Allah hamının yolunu açıq etsin. Nə mən Xatunun, nə də Xatun mənim yolumdadır. Ona görə də Xatuna yalnız uğurlar arzu edirəm".

Xatun Əliyeva illər əvvəl "Onlarla"  verilişinə müsahibəsində Ayan Babakişiyeva haqqında demişdi:

"Ayanın pis cəhəti odur ki, böyük-kiçik yeri bilmir. Mən ondan neçə bayram böyüyəm. Özünü elə aparır ki, guya tay-tuşuq. Mən söz götürən adam deyiləm. Söz götürən olsaydım, ərə gedərdim, ərimin sözünü götürərdim. Ona dedim ki, səni bilirsən nə edərəm". Bir müddət sonra tərəflər bir arayaq gələrək, barışmışdılar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!