"Barselona" baş məşqçisi və keçmiş futbolçusu Xavi ilə yollarını ayırmaq qərarını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, klubun saytında yerləşdirilən bəyanatda deyilir: “Barselona” Xaviyə futbolçu və komanda kapitanı kimi görünməmiş karyerasını tamamlayan məşqçi kimi fəaliyyətinə görə təşəkkür edir və ona uğurlar arzulayır”.
Xavi 2021-ci ilin payızında "Barselona"ya rəhbərlik edib, onun rəhbərliyi altında komanda bir dəfə çempionluq və İspaniya Superkubokunu qazanıb. İspan klubun məzunudur və onun tərkibində uzun müddət oynayıb, 25 titul qazanıb. Sezar pizza
Yanvarda Xavinin mövsümün sonunda komandanın baş məşqçi postunu tərk edəcəyi xəbəri yayılsa da, apreldə "Barselona"nın prezidenti Joan Laporta burada işləməyə davam edəcəyini açıqlamışdı.
Telegram kanalımız