Günəş və Pluton arasında üçlü bucaq yaranacaq. 3 gün davam edəcək bu astroloji hadisə bürclərə necə təsir edəcək?
Yenisabah.az xəbər verir ki, tanınmış astroloq Dinçer Güner bu haqda açıqlama verib. Bildirib ki, böyük dəyişikliyə hazır olmaq lazımdır:
“Dəstək gözlənilən hər mövzuda xarizmatik, güclü insanlardan gizli dəstək ala bilərsiniz. Bu gün işinizi böyük məxfilik şəraitində idarə edə, gizli müqavilələr bağlaya və diqqətinizi həyatınızla bağlı məxfi, şəxsi məsələlərə yönəldə bilərsiniz. Problemlərə daha dərindən diqqət etmək üçün çox yaxşı vaxtlardır, bu, məsələnin həllini tapmağa kömək edir. Ciddi qəbul edilən və nüfuzunuzu möhkəmləndirmək üçün lazım olan gücə və xarizmaya sahib olacaqsınız”. Pepperoni pizza
Astroloq iş axtaran və işini dəyişmək istəyən şəxslərin bu dövrdə uğurlu olacağını da vurğulayıb:
“Həyatınızda bəyənmədiyiniz xarakter xüsusiyyətlərini və ya yaşayış məkanınızda dəyişdirmək istədiyiniz hər hansı məsələni dəyişdirmək üçün uyğundur. Xüsusilə karyera baxımından çox güclü dəstək ala bilərsiniz və iş axtaranlar bu günlərdə iş tapa bilərlər. İş yerlərini dəyişmək üçün də əlverişli zamandır, ona görə də təklifləri diqqətlə qiymətləndirin. Əgər tənhasınızsa, həyatınızı dəyişə biləcək iddialı, dinamik, gərgin münasibətlər sizi cəlb edə bilər. Üzərinizə götürdüyünüz bütün işlərdə asanlıqla uğur qazana biləcəksiniz. Həyatımızda qarşılaşdığımız çətinlikləri aradan qaldırmaq və hədəflərimizə çatmaq üçün bu dövrdə böyük motivasiya qazanmaq imkanı var”.
Aytac Şahin
Telegram kanalımız