XƏBƏRDARLIQ: Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı -   Video

saytların hazırlanması

Evə çatdırılma

XƏBƏRDARLIQ: Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - Video

Avto

05 İyul 2020 08:12 2946


 Polis postlarının yığışdırıldığı ərazilərə xüsusi texniki vasitələrlə nəzarət edilir. Buna görə də vətəndaşlardan icazəsiz çölə çıxmamaq xahiş edilir. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, icazəsiz və maska taxmadan hərəkət edən vətəndaşların hərəkətinə nəzarət davam edir. Təkcə dünən 2500-ə yaxın şəxs cərimə edilib.

''Xüsusi karantin rejmi ilə bağlı şəhərdəki stasionar polis postlarının yığışdırılmasına baxmayaraq, yenə də həmin ərazilərə nəzarət edilir''. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O bildirib ki, xüsusi texniki vasitələrin köməkliyi ilə xüsusi karantin günlərində vətəndaşların hərəkəti izlənilir. Qaydalara əməl etməyənlər cərimə ediləcək.

Kamran Əliyev sərt karantin rejminin tətbiq edildiyi şəhər və rayonlarda qaydaları pozduğuna görə cərimə edilənlərin sayını da açıqlayıb. pizza

Kamran Əliyev bildirib ki, sərt karantin tətbiq edilən ərazilərdə fəaliyyət göstərən taksilər icaze-e.gov.az portalından qeydiyyatdan keçməlidir. Taksidə sürücü və ya sərnişinin hərəkət icazəsi olsa da, maskadan istifadə etməlidirlər. Üstəlik sürücü ilə sərnişin arasında şəffaf arakəsmə olmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!